Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı müğənninin mahnısı dünya ulduzlarını üstələyib BİRİNCİ OLDU

Azərbaycanlı müğənninin mahnısı dünya ulduzlarını üstələyib BİRİNCİ OLDU

Amerikada yaşayan azərbaycanlı müğənni Rauf Kingsleyin yeni mahnısı çıxdığı gün “iTunes”də birinci olmağı bacarıb. 
 

Raufun mahnısı həmçinin Türkiyədə də top listə daxil olub.    “More than this” adlı mahnının sözləri ifaçının özünə, musiqisi isə Clavis-ə məxsusdur.  Mahnının masterinq işləri Nyu Yorkda ən məşhur studiyalardan olan “The Mastering Palace”də  Deyv Katç tərəfindən həyata keçirilib.  Deyv ABŞ-da dünya ulduzları Dua Lipa, The Weeknd ilə iş birlikləri ilə çox məşhurdur.   

 

Rauf yeni mahnısı ilə yanaşı, yeni albomu üzərində də çalışır. Belə ki, yeni ilin ilk ayında həmyerlimiz iddialı mahnılarla Amerika şou biznesinə qədəm qoymağa davam edəcək.  

 

Qeyd edək ki, Raufun yeni mahnısı “iTunes”də Adel, Bruno Mars, Ed Sheeran, Taylor Swift kimi dünya ulduzlarının mahnısını üstələyərək birinci olub.  

 

Mahnını linkdən dinləyə və yükləyə bilərsiz. 
More Than This - Single by Rauf Kingsley

https://music.apple.com/az/album/more-than-this-single/1595045110