Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Avtobusa minməyə pulum yox idi. Kilometrlərlə yolu ayaqla gedirdim”

“Avtobusa minməyə pulum yox idi. Kilometrlərlə yolu ayaqla gedirdim”

Aparıcı Xoşqədəm Hidayətqızı növbəti açıqlamalarıyla diqqət çəkib.

OLAY yazır ki, o, 1997-ci ilə qədər avtobusa minməyə pulunun olmadığını deyib. Bu barədə Hidayətqızı “Günaydın Azərbaycan” verilişində söz açıb.

“İdman olmasa, mən ölə bilərəm. Çünki məni saxlayan idmandır. 1997-ci ildən əməlli-başlı idmanla məşğulam. 1997-ci ilə qədər də piyada gəzirdim, idman idi. O vaxt bilmirdim ki, bu idmandır. İnsanlar indi yürüşə çıxır. Pulumuz yox idi, atamgil əziyyət çəkməsin deyə, mən kilometrlərlə məsafəni oxuduğum universitetə piyada gedirdim. 6-7 kilometr idi. Bilmirdim, idman imiş bu. Avtobusa minməyə belə pulum yox idi. Naxçıvanda da, Bakıda da universitetə piyada gedib-gəlirdim”, - deyə, o, söyləyib.